Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
08 yanvar 2026 - 17:32 35
Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkə çempionatının yeni ildə baş tutan ilk daxili yarış olduğunu bildirib: “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına 3 ildən az vaxt qalıb. Artıq bu ildən lisenziya yarışları başlayır. Bütün idmançılara uğurlar arzulayıram”.
Gənclər və idman naziri Fərid Qayıbov güləşin Azərbaycanın ənənəvi idman növü olduğunu söyləyib: “Bunu Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Bu çempionatdan böyük idmançılar çıxacaq”.
Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev bu yarışın da uğurlu olacağına inamını ifadə edib. O, güləş həvəskarlarının maraqlı mübarizəyə şahidlik etdiklərini vurğulayıb.
AGF-nin baş katibi Pərvin Piriyev bildirib ki, Azərbaycan çempionatı milli komandaların tərkibinin formalaşması üçün vacibdir: “Turniri beynəlxalq səviyyəli hakimlər idarə edirlər. Nizam-intizama maksimum dərəcədə diqqət yetirilir”.
Açılış mərasimi daha sonra bədii hissə ilə davam edib.
Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adlarının bəlli olacağı yarışa yanvarın 11-də yekun vurulacaq. İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.
Bənzər xəbərlər
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci gününün turu keçirilib
Yanvarın 9-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm ... Ətraflı
Kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyi və çempionatı keçiriləcək
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ... Ətraflı


