Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib
13 fevral 2026 - 19:45 558
Azərbaycanın yunan-Roma güləşi üzrə gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandalarının məşqçilər heyətinin tərkibi yenidən formalaşıb.
Azərbaycan Güləş Federasiaysından verilən məlumata görə, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.
Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.
U-17 yığmasının böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.
U-15 millisində böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı