Güləş üzrə U-15 Azərbaycan birinciliyi Gəncədə keçiriləcək
28 fevral 2025 808
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan birinciliyi Gəncədə keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Gəncə İdman Sarayı ilk dəfə bir güləş yarışına ev sahibliyi edəcək.
Birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər. Onların arasında Türkiyə və Gürcüstandan dəvət olunan hakimlər də yer alacaqlar.
İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı