Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb
07 fevral 2026 - 19:38 545
Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub.
Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar müəyyənləşib. Bununla da sərbəst güləş üzrə yarışa yekun vurulub.
Qeyd edək ki, çempionatın ən yaxşı hakimi Vüqar Şükürov seçilərək xüsusi mükafatla təltif edilib.
61 kiloqram
1. Camal Abbasov (“Neftçi”, Gəncə)
2. Məhəmmədəli Əlizadə (İmişli)
3. Cəbrayıl Verdiyev (Gəncə, AHİTA), Nicat Həsənov (AİJA)
70 kiloqram
1. Hacı Kərimov (Neftçi)
2. Sadiq Hüseynov (Neftçi)
3. İsa Yusibov (Neftçi), Kamal Məmmədov (Neftçi)
79 kiloqram
1. Elcan İsmayılzadə (Neftçi)
2. Əli Hacıyev (AİJA)
3. Ülfət Məmmədov (Mywrestling), Şeyxəli Babazadə (DİN)
92 kiloqram
1. Hüseyn Məmmədtağızadə (Neftçi)
2. İsmayıl Əsədli (Gəncə, Təhsil-1)
3. Əlim Əlimov (DİN), Nicat Qurbanov (Lokomativ)
125 kiloqram
1. Yusif Dursunov (Neftçi)
2. Muxamad Qantemirov (AGF)
3. İsmayıl Kərimov (Neftçi).
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı