Güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub
14 fevral 2025 712
Abşeron Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub.
Son yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 130 kq-da qaliblər müəyyənləşib.
Ayxan Cavadov (60 kq), Fəraim Mustafayev (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarış fevralın 11-dən 14-dək davam edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı