Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
05 sentyabr 2025 - 12:10 608
Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Bu barədə Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildirilib.
Kişilər arasında 50 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma yarışında Rəsul Məmmədov qızıl, Hacı Musayev gümüş, Vladislav Kalmıkov bürünc medala sahib çıxıb.
Qadınlar arasında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma yarışında Zeynəb Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nilufər Səmədli ikinci, Sofiya Barxalova isə üçüncü yeri tutub. Kişilər arasında isə Ruslan Lunyov qızıl, İmran Qarayev gümüş, Cəfər Sultanlı bürünc medal qazanıb.
50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma yarışında isə Nigar Ramazanova ən güclü olub. Əliməmməd Hüseynov ikinci, Üzeyir Tapdıqlı isə üçüncü yerin sahibi olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı