Xəbərlər

Güllə və stend atıcılığı üzrə Azərbaycan Çempionatı uğurla başa çatdı!

09 oktyabr 2023 335

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə 4-8 oktyabr tarixlərində Bakı Atıcılıq Mərkəzində güllə və stend atıcılığı üzrə Azərbaycan Çempionatı keçirilib.
Ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 100-dən çox idmançı hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.
Qeyd edək ki, ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədi ilə hər il atıcılıq üzrə Azərbaycan Çempionatı keçirilir. 
Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar. 
Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.

10m Pnevmatik tapança kişilər arasında qızıl medal - Lunev Ruslan
10m Pnevmatik tapança kişilər arasında gümüş medal - Astanov Elvin
10m Pnevmatik tapança kişilər arasında bürünc medal - Musayev Hacı

10m Pnevmatik tüfəng kişilər arasında qızıl medal - Xəlilov Ramiz
10m Pnevmatik tüfəng kişilər arasında gümüş medal - Tapdıqlı Üzeyir 
10m Pnevmatik tüfəng kişilər arasında bürünc medal - Vəliyev İlkin
25m Kiçik çaplı tapançadan sürətli atəş kişilər arasında qızıl medal - Lunev Ruslan
25m Kiçik çaplı tapançadan sürətli atəş kişilər arasında gümüş medal – Qarayev İmran 
25m Kiçik çaplı tapançadan sürətli atəş kişilər arasında bürünc medal - Astanov Elvin
50m Kiçik çaplı tapança kişilər arasında qızıl medal – Kalmıkov Vladislav
50m Kiçik çaplı tapança kişilər arasında gümüş medal - Musayev Hacı
50m Kiçik çaplı tapança kişilər arasında bürünc medal -Rəhimov Rəhim
10m Pnevmatik tapança qadınlar arasında qızıl medal - Əliyeva Xanna 10m Pnevmatik tapança qadınlar arasında gümüş medal - Qasımova Zərifə 
10m Pnevmatik tapança qadınlar arasında bürünc medal - Abbaslı Nəzrin 

10m Pnevmatik tüfəng qadınlar arasında qızıl medal - Bayramova Jalə 
10m Pnevmatik tüfəng qadınlar arasında gümüş medal - Ramazanova Nigar
10m Pnevmatik tüfəng qadınlar arasında bürünc medal - Əliyeva Nuranə
25m Kiçik çaplı tapançadan sürətli atəş qadınlar arasında qızıl medal – Nəsirova Nigar
25m Kiçik çaplı tapançadan sürətli atəş qadınlar arasında gümüş medal – Qasımova Zərifə
25m Kiçik çaplı tapançadan sürətli atəş qadınlar arasında bürünc medal – Əliyeva Xanna
10m Pnevmatik tapança qarışıq komanda qızıl medal - Lunev Ruslan; Nəsirova Nigar
10m Pnevmatik tapança qarışıq komanda gümüş medal – Musayev Hacı; Əliyeva Xanna
10m Pnevmatik tapança qarışıq komanda bürünc medal – Astanov Elvin; Əliyeva Leyli

10m Pnevmatik tüfəng qarışıq komanda halında qızıl medal - Bayramova Jalə; Xəlilov Ramiz 
10m Pnevmatik tüfəng qarışıq komanda halında gümüş medal - Mahmudova Aynur; Tapdıqlı Üzeyir
10m Pnevmatik tüfəng qarışıq komanda halında bürünc medal - Əliyeva Nuranə; Vəliyev İlkin

10m Pnevmatik tapança yeniyetmə oğlanlar arasında qızıl medal - Sultanlı Cəfər 
10m Pnevmatik tapança yeniyetmə oğlanlar arasında gümüş medal - Kalmıkov Vladislav
10m Pnevmatik tapança yeniyetmə oğlanlar arasında bürünc medal - Kvokov İlya
10m Pnevmatik tapança yeniyetmə qızlar arasında qızıl medal - Sultanova Zeynəb
10m Pnevmatik tapança yeniyetmə qızlar arasında gümüş medal - Barxalova Sofiya
10m Pnevmatik tapança yeniyetmə qızlar arasında bürünc medal - Ömərova Əminə 

10m Pnevmatik tapança yeniyetmələrdən ibarət qarışıq komanda qızıl medal - Sultanova Zeynəb; Sultanlı Cəfər
10m Pnevmatik tapança yeniyetmələrdən ibarət qarışıq komanda gümüş medal - Zəkərəyeva Mədinə; Kerjankin Oleq
10m Pnevmatik tapança yeniyetmələrdən ibarət qarışıq komanda bürünc medal: Əliyeva Xalidə; Qarayev İmran
25m Kiçik çaplı tapançadan sürətli atəş yeniyetmə qızlar arasında qızıl medal – Sultanova Zeynəb
25m Kiçik çaplı tapançadan sürətli atəş yeniyetmə qızlar arasında gümüş medal – Barxalova Sofiyə
25m Kiçik çaplı tapançadan sürətli atəş yeniyetmə qızlar arasında bürünc medal – Ömərova Əminə
Səngər stendi kişilər arasında qızıl medal: Hüseynli Əli
Səngər stendi kişilər arasında gümüş medal: Mehdizadə Sabir
Səngər stendi kişilər arasında bürünc medal: Ağazadə Mirmömin
Səngər stendi qadınlar arasında qızıl medal: Eyvazova Ülviyyə
Səngər stendi qadınlar arasında gümüş medal: Camalova Aydan
Səngər stendi qadınlar arasında bürünc medal: Rəfixanova Alina
Səngər stendi üzrə qarışıq komanda yarışı qızıl medal: Mehdizadə Sabir; Rəfixanova Alina
Səngər stendi üzrə qarışıq komanda yarışı gümüş medal: Hüseynli Əli; Camalova Aydan
Səngər stendi üzrə qarışıq komanda yarışı bürünc medal:Mədətov Kamil; Ələsgərova Rəna
Dairəvi stend atıcılığı üzrə kişilər arasında yarış qızıl medal: Ağazadə Niyaz
Dairəvi stend atıcılığı üzrə kişilər arasında yarış gümüş medal: Qurbanov Fuad
Dairəvi stend atıcılığı üzrə kişilər arasında yarış bürünc medal: Mustafayev Əli 
Dairəvi stend atıcılığı üzrə qadınlar arasında yarış qızıl medal: Cəfərova Nurlana
Dairəvi stend atıcılığı üzrə qadınlar arasında yarış gümüş medal: Meftaxetdinova Riqina 
Dairəvi stend atıcılığı üzrə qadınlar arasında yarış bürünc medal: Nəcəfova Sevda
Dairəvi stend üzrə qarışıq komanda yarışı qızıl medal: Mustafayev Əli; Cəfərova Nurlana
Dairəvi stend üzrə qarışıq komanda yarışı gümüş medal: Həsənov Cavid;
Nəcəfova Sevda
Dairəvi stend üzrə qarışıq komanda yarışı bürünc medal: Qurbanov Fuad; Meftaxetdinova Riqina

Dairəvi stend atıcılığı üzrə yeniyetmə oğlanlar arasında yarış qızıl medal: Mahmudov Hüseyn
Dairəvi stend atıcılığı üzrə yeniyetmə oğlanlar arasında yarış gümüş medal: Jemçujnikov Maksimus
Dairəvi stend atıcılığı üzrə yeniyetmə oğlanlar arasında yarış bürünc medal: Həbibli Məhəmməd
Dairəvi stend atıcılığı üzrə yeniyetmə qızlar arasında yarış qızıl medal: Paşayeva Cəmilə
Dairəvi stend atıcılığı üzrə yeniyetmə qızlar arasında yarış gümüş medal: Ulanova Daniella
Dairəvi stend atıcılığı üzrə yeniyetmə qızlar arasında yarış bürünc medal: Novruzova Minayə
Səngər stendi yeniyetmə oğlanlar arasında yarış qızıl medal: Mədətov Kamil
Səngər stendi yeniyetmə oğlanlar arasında yarış gümüş medal: Novruzlu Mürtəza 
Səngər stendi yeniyetmə oğlanlar arasında yarış bürünc medal: Bədəlov Murad
Səngər stendi yeniyetmə qızlar arasında yarış qızıl medal: Quliyeva Aylin
Səngər stendi yeniyetmə qızlar arasında yarış gümüş medal: Bədəlli Nərmin
Səngər stendi yeniyetmə qızlar arasında yarış bürünc medal: Muxtarova Nuray
Bütün iştirakçılara təşəkkür edirik!