"Gündoğar ölkə" təmsilçiləri rekord nəticə əldə ediblər
17 fevral 2026 - 16:12 276
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının konkisürmə yarışından sonra yaponiyalı Riku Miura və Ryuiçi Kihara cütlüklər arasında sərbəst proqramda dünya rekordunu yeniləyiblər.
"Gündoğar ölkə" təmsilçiləri 158,13 xal toplayaraq ümumilikdə 231,24 xal qazanıblar.
Bu rekord əvvəllər rusiyalı Anastasiya Mişina və Aleksandr Qalliamova məxsus olub. Onlar 2022-ci ildə keçirilən Avropa çempionatında 157,46 xal qazanmışdılar.
Qeyd edək ki, Riku Miura və Ryuiçi Kihara karyeraları ərzində ilk dəfə Olimpiya çempionu tituluna yiyələniblər. Yaponiyalı cütlük əvvəllər komanda yarışlarında olimpiadanın iki gümüş medalına sahib çıxıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı