Hemiltonun "Ferrari"də debütü əsrin uğursuzluğu sayılacaq
18 mart 2025 764
Britaniyalı yeddiqat Formula 1 çempionu Lyuis Hemilton Avstraliya Qran Prisində 10-cu yeri tutub.
O, artıq bu yarışda iştirakı ilə antirekordçular sırasında yer alıb. Hemilton XXI əsrdə «Ferrari» üçün ən pis debütantlardan biri olub.
"Ferrari" sürücülərinin debüt Qran Prisində nəticələri:
1. Kimi Raykkonen (2007) - Avstraliya Qran Prisində qələbə.
2. Fernando Alonso (2010) - Bəhreyn Qran Prisində qələbə (bir-iki finiş - Felipe Massa ikinci oldu)
3. Rubens Barrikello (2000) - Avstraliya Qran Prisində ikinci yer və Mixael Şumaxerin birinci gəldiyi üçün bir-iki qələbə.
4. Sebastyan Fettel (2015) - Avstraliyada üçüncü yer.
5. Şarl Lekler (2019) - Avstraliyada beşinci yer.
6. Oliver Berman (2024) - Səudiyyə Ərəbistanı Qran Prisində yeddinci yer (Ərəbistandakı yarış mövsümün debütü deyildi, lakin Berman əlavəsi çıxarılan və debütant sayılan Karlos Saynzın yerinə meydana çıxmışdı - red).
7. Karlos Sayns (2021) - Bəhreyn Qran Prisində 8-ci.
8. Cankarlo Fisikella (2009) - 2009-cu il İtaliya Qran Prisində doqquzuncu yer (Macarıstanda zədə alan Felipe Massanı əvəz etdi).
9. Felipe Massa (2006) - Bəhreyndə doqquzuncu yer.
9. Lyuis Həmilton (2025) - Avstraliyada 10-cu yer.
10. Luka Badoer (2009) - Avropa Qran Prisində 17-ci yer.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı