«Həmin sürücü üçün çətin olacaq»
06 mart 2025 616
Avstriyalı keçmiş Formula 1 pilotu Kristian Klien yeni zelandiyalı Liam Lausonun «Red Bull»a keçidi ilə bağlı fikir bildirib. ««Red Bull» rəhbərliyi Verstappenin yanında onu görməkdən məmnundur. Bu il Lawson öz sözünü deyəcək. Pol Qasliyə ümid böyük idi. Lakin komanda Verstappenin xüsusi olduğunu bir daha başa düşdü. Onun ətrafında olmaq istəyən həmin sürücü üçün çətin olacaq. Komanda hər halda konservativ yanaşmanın lazım olduğunu başa düşdü. Və onlar Lausona vaxt verəcəklər. Baxmayaraq ki, onu yeni pilot adlandırmaq olmaz”, - deyə Racingnews365 Klienin sözlərindən sitat gətirib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı