Həndbol millimiz Mərkəzi Asiyanın Açıq Çempionatında mübarizəyə başlayır
16 may 2024 945
Özbəkistanın paytaxtı Daşkənddə həndbol üzrə Mərkəzi Asiyanın Açıq Çempionatına start veriləcək. Mayın 21-dək davam edəcək yarışda 9 komanda qalib adı uğrunda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə birgə A qrupunda yer alıb. Komandamız bu gün turnirdə ilk matçını keçirəcək. Təmsilçimiz saat 10:30-da yerli OKMK klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı