Həndbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb
15 sentyabr 2025 - 10:44 567
Həndbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.
Ümumilikdə 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”) və eyni sayda kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Kür”, “Qarabağ”, “Təhsil”) komandalarının qatılacağı yarışa 1/4 final mərhələsindən start veriləcək. Kişilərin yarışında “Qarabağ” “Azəryol”la, “Təhsil” “Dinamo” ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə “Təhsil” - “Qarabağ” və “İdman Akademiyası” - “Bakı” matçları keçiriləcək.
Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin 1/2 final mərhələsinə vəsiqə qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı