Həvəskar velosipedçilər arasında “Sürətlə pedalla” adlı yarış keçirilib
10 sentyabr 2023 979
Sentyabrın 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Velosiped İdman Klubu, Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin dəstəyi və “Velolider” mağazalar şəbəkəsinin sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş həvəskarlar arasında şose velosipedinin qrup ötüşməsi üzrə “Sürətlə pedalla” adlı yarış keçirilib.
Bakı Ağ Şəhər bulvarının ərazisində baş tutan turnirdə 18-39 yaşlı (37 nəfər), 40 yaş və daha böyük kişilər (44 nəfər), həmçinin 18 yaşdan böyük qadınlar (9 nəfər) mübarizə aparıblar.
Velosipedçilər Hərbi Qənimətlər Parkının qarşısından start götürərək dairəvi hərəkət ediblər. Kişilər 16.8 km (6 dairə), qadınlar isə 8.4 km (3 dairə) məsafə qət ediblər.
Nəticələrə əsasən, 18-39 yaşlı kişilər arasında Röyal Mustafayev (28:00) hamıdan yaxşı göstəriciyə imza ataraq birinci, Ziyad Vəliyev (28:02) ikinci, Ruslan Mustafayev (28:17) üçüncü yerə layiq görülüblər.
40 yaş və daha böyük kişilərin mübarizəsində Etibar Həsənov (27:28) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Nəcəfov (27:30) ikinci, Kamil Əliyev (28:30) üçüncü yerlə kifayətləniblər.
Qadınların yarışında isə Natalya Vallek (16:30) bütün rəqilərindən üstün olaraq birinci, onun ən yaxın izləyicisi Gülşən Qaraşova (17:09) ikinci, Tamila Akverdiyeva (18:13) üçüncü yerə layiq görülüblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk üç yerin qaliblərinə kubok, medal, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
Turnir cədvəlində hər kateqoriyada ilk onluqda qərarlaşmış idmançılar da qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bənzər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu ... Ətraflı
Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə səhifələrində ... Ətraflı