Xəbərlər

“Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib

27 noyabr 2023 161

Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, habelə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işində başlayıb.

Şuşa Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov və Şuşa Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Rüstəm Alimli çıxışlarında bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd oğlanlar və qızlar arasında cüdonun inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsini artırmaq və vətənpərvərlik ruhunun təbliğidir.

Yeniyetmə oğlan və qızlar arasında keçirilən birincilikdə 40-dan çox komanda mübarizə aparıb. Bu komandaların arasında Qazaxıstan və Almaniyadan gələn idmançılar da iştirak edib. Turnirin sonunda komandalar arasında medal sayına görə “Şuşa“ UGİM 1-ci yerə layiq görülüb. “UGİM-13“ komandası 2-ci, “Hədəf “ komandası isə 3-cü yerin sahibi olub.