Heydər Əliyev Kuboku”: Azərbaycanın 7 boksçusu finala yüksəlib
17 may 2024 1302
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri başa çatıb.
Yarışın dördüncü günündə son 2 çəki dərəcəsində də yarımfinalçılar müəyyənləşib.
Həmçinin 3 çəkidə 1/2 final görüşləri baş tutub. Döyüşlərin nəticəsinə əsasən, Azərbaycan millisinin daha 3 boksçusu yarımfinala, 7 idmançısı isə finala vəsiqə əldə edib.
Boks Mərkəzində keçirilən ənənəvi turnirin beşinci günündə 18 görüş olacaq.
1/4 final
60 kiloqram
Vüsal Xəlilov (Azərbaycan) – Elgün Abbaslı (Azərbaycan) – 5:0
Haqverdi Həsənov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) – 2:3
İslam Tağıyev (Azərbaycan) – Yerdavlet Şomekey (Qazaxıstan) – 1:4
Akaki Basaria (Gürcüstan) – İslam Yermuhambet (Qazaxıstan) – 4:1
63 kiloqram
Kənan Aslanlı (Azərbaycan) – Zəkəriyyə Rəhimov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Tamerlan Məmmədov (Azərbaycan) – Matvey Mikulski (Belarus) – 1:4
Tahir Rəsulzadə (Azərbaycan) – Bibaris Aşırbay (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
Nika Beriya (Gürcüstan) – Sultan Satbay (Qazaxıstan) – 5:0
1/2 final
52 kiloqram
Bağır Əmirxanlı (Azərbaycan) – Raul Heydərli (Azərbaycan) – 5:0
Temirxan Jolmaxan (Qazaxıstan) – Əli Baxışov (Azərbaycan) – 0:5
54 kiloqram
Nurmuhammed Aldabergin (Qazaxıstan) – Sübhan Babayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Giorgi Kilasonia (Gürcüstan) – Umar Madiminov (Qırğızıstan) – 5:0
66 kiloqram
Luka Mazanaşvili (Gürcüstan) – Adil Zalov (Azərbaycan) – 0:4
Valeh Eyvazlı (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) – 4:1
+ 80 kiloqram
Məhəmməd Cəfərov (Azərbaycan) – Daniil Koşnev (Belarus) – 3:2
Vladislav Samojonov (Qazaxıstan) – Səftər Məmmədzadə (Azərbaycan) – 0:5
Qeyd edək ki, turnirə mayın 18-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı