Xəbərlər

Hidayət Heydərov Azərbaycan cüdosunun tarixinə düşüb

02 dekabr 2023 242

Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atıb.

73 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu olub.

O, finalda yaponiyalı Soişi Haşimotoya qalib gəlib. Bununla da Azərbaycan cüdo tarixində ilk dəfə Yaponiyada Dövlət Himnimiz səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın digər cüdoçusu Zelim Tçkayev (81 kiloqram) isə Böyük Dəbilqə turnirində üçüncü yeri tutub.