Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib
20 iyun 2025 - 21:55 516
Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər. 5 üzv idmançının səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dördillik müddətə fəaliyyət göstərəcək.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı