Hidayət Heydərov: “Medal kolleksiyamı tamamladım”
29 iyul 2024 1410
“Fransada Azərbaycan himnini səsləndirdiyim üçün çox sevinirəm”.
Bu sözləri Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçumuz Hidayət Heydərov deyib.
Dünya və Avropa çempionumuz bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını qeyd edib.
“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq”, - deyə Hidayət Heydərov deyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı