Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb
01 dekabr 2024 892
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.
Klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.
H.Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.
Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.
Qeyd edək ki, H.Heydərov dekabrın 1-də saat 19:00-da “Neftçi Arena”da keçiriləcək "Neftçi" - “Qarabağ” oyununu tribunadan izləyəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı