Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
08 noyabr 2025 - 12:03 529
Azərbaycan cüdoçuları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.
Əvvəlcə tatamiyə Gültac Məmmədəliyeva (52 kiloqram) çıxıb. O, türkiyəli rəqibi Buketnur Karabuluta 0:10 hesabı ilə məğlub olub.
Ardınca isə Olimpiya çempionumuz Hidayət Heydərov (73 kiloqram) qüvvəsini sınayıb. 1/8 final mərhələsində Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi 1:0 hesabı ilə üstələyən titullu idmançımız adını növbəti raundda yazdırıb.
Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə mübarizəyə 1/4 finaldan başlayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı