Hikmət Hacıyev: Konvensiyaya üzv demək olar bütün tərəflər qazıntı yanacaqları istifadəçisidir
12 noyabr 2024 917
Bu gün real dünyanın tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlimə mənfi təsir göstərir, bu faktdır. Amma bunun qarşısına almaq istiqamətində birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan müzakirələrlə.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Yəni, ona görə də bu günə qədər COP-a ev sahibliyi edən ölkələr demək olar ki, bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkə olublar. Bizdən əvvəl Avropa ölkələrində, məsələn, Polşada - Katovitsedə keçirilib. “Polşa bu gün dünyada ən çox kömür istehsal edilən ölkələr sırasındadır. Böyük Britaniyada Qlazqoda keçirilib. Qlazqo dünyada ən çox kömür istehsal edilən yerlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar yox, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır", - deyə Prezidentin köməkçisi əlavə edib.
Hikmət Hacıyev deyib ki, ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Konvensiyanın üzvü olan demək olar bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı