İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib
15 mart 2025 872
Azərbaycan İdman Akademiyasında (ASA) İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasa İşçi Qrupun həmsədri, ASA-nın Tədris üzrə prorektoru Ülkər Babayeva rəhbərlik edib.
İclasda Məşqçilik, Nəqliyyatda servis, Sosial iş, Turizm və otelçilik ixtisaslarının magistratura səviyyəsi üzrə müxtəlif ixtisaslaşmalarının təsdiq edilməsi əsas müzakirə obyekti olub. Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Turizm və Menecment, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetləri və digər ali təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti, əmək bazarından nümayəndələr müzakirələr əsasında siyahıya bir neçə ixtisaslaşmanın əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bir neçə ixtisaslaşmanın ləğv olunmasına qərar veriblər.
Sonda İdman və xidmət ixtisasları üzrə magistratura təhsil səviyyəsinin ixtisaslaşmalarının siyahısı səsvermə ilə təsdiq edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı