İdmançımız dağ xizəyi yarışlarında mübarizə aparacaq
15 fevral 2026 - 12:24 586
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
XXV Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Anastasiya Papatoma fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizəyə aparacaq.
Şef-de-mission Anar Bağırovun verdiyi məlumata görə, yarışlar fevralın 18-də saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.
Yarış öncəsi hazırlıq prosesi barəsində də danışan Anar Bağırov bildirib ki, Anastasiya hazırda intensiv məşqlər edir:
"Anastasiya həm fiziki, həm də psixoloji olaraq yarışa köklənib. İdmançımızın tam istirahət etməsini və yarış öncəsi enerji toplamasını təmin etmək üçün ayın 17-də məşqi dayandırılacaq."
Qeyd edək ki, fevralın 10-da qısa proqramda mübarizə aparan fiqurlu konkisürənimiz Vladimir Litvintsevin çıxışı hakimlər tərəfindən 63,63 balla qiymətləndirilib. O, bu nəticə ilə sərbəst proqramda çıxış etmək hüququ qazana bilməyib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı