İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir
20 may 2026 - 14:25 324
Hazırda dünyada problemlər ən çox sıxlıq olan şəhər mühitlərində baş verir.
Bu sözləri Kosta Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Birləşmiş Millətlər Təşkilatındakı daimi müşahidəçisi Laura Çinçilya deyib.
Onun sözlərinə görə, 2050-ci ilədək insanların 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir: "Bu da hazırkı çağırışları artıracaq. Birgə fəaliyyət zəruridir. İdman sosial, iqtisadi və ekoloji sahələrdə inkişafı sürətləndirən aşağı xərcli, lakin yüksək təsirə malik bir vasitədir. İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir".
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı