III MDB Oyunları: Azərbaycan karateçiləri yarışları 16 medalla başa vurublar
04 oktyabr 2025 - 19:32 22

III MDB Oyunlarında keçirilən karate yarışlarına yekun vurulub.
Karateçilərimiz yarışları 16 medalla başa vurublar. Onlardan 6-sı qızıl, 3-ü gümüş, 7-si bürüncdür.
Mingəçevir Kür Olimpiya Mərkəzində təşkil olunan yarışların ikinci günündə Turqut Həsənov (84 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fərid Ağayev (75 kiloqram) qızıl medal qazanıblar.
Asiman Qurbanlı (+84 kiloqram) gümüş, Aysu Əliyeva (61 kiloqram), Fərid Şahbazlı (84 kiloqram) və Rəşid Süleymanov (75 kiloqram) bürünc medallara sahib olublar.
Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram), Nuran Rzazadə (67 kiloqram) və Roman Heydərov (fərdi kata yarışında) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram) gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər

III MDB Oyunlarında növbəti bürünc medal
Azərbaycan komandası III MDB Oyunlarının qılıncoynatma yarışlarında daha bir medal ... Ətraflı

Azərbaycan cüdoçusu III MDB Oyunlarından qızıl medal qazandı
Azərbaycan komandası III MDB Oyunlarının cüdo yarışlarında ilk qızıl medalını ... Ətraflı