III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət voleybol millisi bürünc medal qazanıb
06 oktyabr 2025 - 12:01 680
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.
Qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb.
Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb.
Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı