III MDB Oyunları: Batut gimnastikasında ilk mükafatçılar müəyyənləşib
02 oktyabr 2025 - 16:50 652
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında batut gimnastikası üzrə ilk mükafatçılar müəyyənləşib.
Qadınların komanda yarışlarında Belarus yığması ümumilikdə 169.350 xal toplayaraq qızıl medala sahib çıxıb.
Rusiya 167.750 xalla gümüş, Türkiyə 157.330 xalla bürünc mükafat qazanıb.
120.860 xal toplayan Azərbaycan komandası isə beşinci olub.
Bu gün, həmçinin final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı