III MDB Oyunları: Futbol üzrə Azərbaycan millisi gümüş medal qazanıb
04 oktyabr 2025 - 15:55 570
Rusiyanın 16 yaşadək futbolçulardan millisi III MDB Oyunlarının qalibi olub.
Valentin Qavvanın baş məşqçisi olduğu yığma finalda Azərbaycan millisi ilə qarşılaşıb.
Görüş Rusiyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin qollarını 46 və 67-ci dəqiqələrdə Əli Bəşirov vurub. Rusiya seçməsinin heyətində isə 73-cü dəqiqədə Klim Denisov, bir dəqiqə sonra İvan Kuzmin, 76-cı dəqiqədə isə Ratmir Lukianov fərqləniblər.
Bu nəticədən sonra Rusiya turnirin qızıl, Azərbaycan isə gümüş medallarına sahib çıxıb.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı