III MDB Oyunlarında növbəti bürünc medal
04 oktyabr 2025 - 16:49 599
Azərbaycan komandası III MDB Oyunlarının qılıncoynatma yarışlarında daha bir medal qazanıb.
Gəncə Osman Sarayında keçirilən sablya növündə oğlanlardan ibarət millimiz bürünc medala sahib olub.
Heyətində Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovun yer aldığı millimiz 1/4 finalda Belarus millisinə 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Lakin komandamız finala vəsiqə uğrunda qarşılaşmada Rusiya komandasına 32:45 hesabı ilə məğlub olaraq üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı