III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib
13 iyun 2025 575
İyunun 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ikinci iclası keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.
O cümlədən qeydiyyat, hava limanında qarşılanma və yolasalma, eləcə də açılış, bağlanış və yarışlar dövründə nəqliyyat xidmətlərinin təşkili ilə, təchizat və logistika; inzibati işlər; işçi heyətinin formalaşdırılması; könüllü proqramı; media xidmətləri və kommunikasiya; idman əməliyyatları; yarış məkanlarının hazırlığı, təhlükəsizliyin təmin edilməsi ilə bağlı aparılan işlər barədə məlumat verilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı