İki cüdoçumuz Skopye-2025-in finalında
22 iyul 2025 - 16:46 549
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edən cüdoçularımız Rza Xəlilli (-50 kq) və Gülşən Hüseynova (-44 kq) final mərhələsinə vəsiqə qazanıblar.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Rza xəlilli finala vəsiqə uğrunda görüşdə böyük britaniyalı Koen Makkay Gilbertə ipponla qalib gəlib.
Digər cüdoçumuz Gülşən Hüseynova isə Türkiyə təmsilçisi Livanur Kayırı ipponla üstələyərək adını finala yazıdırıb.
Qeyd edək ki, final bloku Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı