İki şahmatçımız Dünya kubokunda iştirak etmək hüququ qazanıb
30 aprel 2024 1617
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.
Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub.
Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva və Günay Məmmədzadə 2025-ci ildə keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququ da qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


