İngilislər Olimpiya kəndində yeməkdən imtina ediblər
08 avqust 2024 690
Yeməklər çox keyfiyyətsiz idi. Onlar kifayət qədər deyildi.
“Inews” otüstü xokkeyçi Jizel Anslinin bu sözlərini sitat gətirir.
“Kabablarda xeyli bişməmiş hinduşka əti vardı. Bu, təhlükəlidir. Onların məşhur yeməkləri tükənir və idmançıların yeməyə heç nəyi olmayacaq”, - deyə Ansli bildirib.
Üzgüçü Adam Piti Parisdə 2024-cü il Olimpiya Oyunlarının çempionu Kili Hodjkinson, güllə atıcısı Skott Linkoln və Britaniya nümayəndə heyətinin digər nümayəndələri də Olimpiya kəndində qidaların keyfiyyəti ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
Daha əvvəl üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti bəzi idmançıların balıqda qurd tapdığını bildirmişdi.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı