İsa Rüstəmov Avropa çempionatında 3 medal qazandı
15 aprel 2025 780
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Atletimiz birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 170 kq ağırlığı başı üzərinə qaldıran İsa bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Toplamda 308 kq nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı