İsa Rüstəmov beynəlxalq turnirinin qalibi olub
29 dekabr 2024 1041
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kiloqram) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, o, birdən qaldırma hərəkətində 148 kiloqram, təkanla qaldırma hərəkətində isə 181 kiloqram ağırlığı başı üzərinə qaldırıb. İdmançı toplam çəkidə 329 kiloqram (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.
İ. Rüstəmov uğurlu çıxışı ilə bağlı AAF-ın rəsmi saytına açıqlama verib: “Bildiyiniz kimi dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün ümumiyyətlə vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.
Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı