İslam Bazarqanov VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
20 noyabr 2025 - 17:54 544
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, sərbəst güləşçimiz İslam Bazarqanov (57 kq) finalda Qırğızıstan güləşçisi Abdulmalik Karaçova 9:3 hesabı ilə məğlub olaraq Oyunların gümüş medalını qazanıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva final görüşünü oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

