İslamiada: Azərbaycanın qadın voleybol millisi finala yüksəlib
12 noyabr 2025 - 15:23 649
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
Olympic.az xəbər verir ki, yığmamız Əfqanıstan kollektivi ilə qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn komandamız finalda Türkiyə ilə qarşılaşacaq. Həlledici görüş noyabrın 13-də Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı






