İslamiada: Muaytayçılarımız Oyunları 3 medalla başa vurdular
14 noyabr 2025 - 21:09 714
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına yekun vurulub.
Olympic.az xəbər verir ki, muaytay yarışlarının son günündə təmsilçimiz Xəyal Əliyev 60-65 kq çəki dərəcəsində finalda mərakeşli Hamza Raşidlə üz-üzə gəlib.
Həlledici görüşdə rəqibinə məğlub olan idmançımız VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Qeyd edək ki, təmsilçilərimizdən 50-55 kq çəki dərəcəsində Əli Əliyev və 65-70 kq çəki dərəcəsində Səlahəddin Qocazadə Oyunların bürünc medallarına sahib çıxıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Sentyabr – Dövlət Suverenliyi ... Ətraflı








