Xəbərlər

İSSF-nin İdarə Heyətinin 36-cı onlayn iclası keçirilib

22 noyabr 2023 176

İSSF-nin Baş Asambleyasından öncə keçirilən İdarə Heyətinin 36-cı iclası Zoom proqramı üzərindən onlayn şəkildə təşkil olunub. 

 

İclasda MOK-un və İSSF-in vitse prezidenti Çingiz Hüseynzadənin də iştirakı ilə Baş Asambleyanın gündəliyindəki bir çox məsələlər barədə danışılıb. 

 

Görüşdə İdarə Heyətinin 35-ci iclasının protokolunun təsdiqi, Baş Asambleyanın 2025-ci il VI İslam Həmrəyliyi Oyunlarının sonuna qədər uzadılması, İSSF Əsasnaməsində dəyişikliklər, 2025-ci il VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə bağlı hesabat, 2029-cu il 7-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi haqqında, yeni İSSF loqosu üçün təkliflər müzakirə olunub. Daha sonra iclasda baş katibliyin 2023-cü ilin mart noyabr ayları üzrə hesabatı, İSSF-nin gələcək strategiya planı, 2024-cü il üçün maliyyə planı və başqa məsələlər barədə də fikir mübadiləsi aparılıb.