İsveçli atlet dünya rekordunu 11-ci dəfə yenilədi
03 mart 2025 668
Atletika üzrə İsveçi təmsil edən ikiqat Olimpiya çempionu Armand Düplantis şüvüllə tullanma üzrə dünya rekordunu yeniləyib.
O, bu uğuruna Fransanın Kleremon şəhərində keçirilən turnirdə nail olub. 26 yaşlı atlet i 6.27 metr hündürlüyü aşaraq növbəti uğuruna imza atıb. Bununla da o, 11-ci dəfə dünya rekordunu yeniləyib.
Qeyd edək ki, əvvəlki rekord (6.26 metr) onun tərəfindən 2024-cü ilin avqustunda Polşanın Sileziya şəhərində keçirilən "Brilyant Liqa" mərhələsində qeydə alınmışdı.
Atletika idman növü üzrə tarixin ən titullu şüvüllə tullanma ustalarından biri sayılan idmançı Tokio və Paris Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, bundan başqa iki dəfə dünya, üç dəfə isə Avropa çempionu titullarına da sahib çıxıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı