İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb
09 fevral 2026 - 17:54 579
İsveçrəli sərbəst xizəkçi Matilda Qremo İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında sloupstayl üzrə qızıl medal qazanıb.
2022-ci ildə Pekin Olimpiadasında da eyni növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı nadir göstəriciyə imza atıb.
O, Qış Olimpiya Oyunları tarixində istənilən sərbəst növdə titulunu qoruyan ilk qadın idmançı olub.
Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 ... Ətraflı