İtaliya təmsilçisi ardıcıl altı Qış Olimpiadasında fərqlənib
11 fevral 2026 - 16:21 435
İtaliyalı şort-trek üzrə sürətli konkisürən Arianna Fontana öz ölkəsində keçirilən Qış Olimpiadasında yeni rekorda nail olub.
35 yaşlı idmançı bu uğura komandasının tərkibində qarışıq estafet yarışında yiyələnib. Olimpiya çempionu tituluna yiyələnən Arianna Fontana tarixdə ardıcıl altı Qış Olimpiya Oyunlarında ən azı bir medal qazanan ilk qadın idmançı olub.
Qeyd edək ki, Arianna Fontananın hesabında artıq 12 Olimpiya medalı var;
Turin- 2006 - bürünc;
Vankuver-2010- bürünc;
Soçi-2014 - gümüş və iki bürünc;
Pxençxan-2018 - qızıl, gümüş və bürünc;
Pekin-2022 Olimpiya Oyunları - qızıl, iki gümüş;
Milan-Kortina-2026 - qızıl.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı