İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09 sentyabr 2026 - 17:35 54
Sentyabrın 9-10-da İtaliyanın Vareze şəhərində yerləşən Avstraliya İdman İnstitutunun (AIS) Avropa Təlim Mərkəzində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) təşkilatçılığı ilə “Dakar Yolunda: Ünsiyyət Qurun. Cəlb Edin. İlham Verin.” mövzusunda II rəqəmsal kommunikasiyalar seminarı keçirilir.
ANOC-un baş katibi Gunilla Lindberqin salamlama nitqi ilə başlayan tədbirdə 38 ölkədən 54-ə yaxın Marketinq və Kommunikasiya direktoru, həmçinin Beynəlxalq Olimpiya Komitəsi (BOK), Kontinental Assosiasiyalar və tərəfdaş qurumların nümayəndələri iştirak edir. Azərbaycanı seminarda Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva təmsil edir.
Tədbirin əsas məqsədi Dakar 2026 Yeniyetmələrin Olimpiya Oyunları və gələcək çoxnövlü idman tədbirləri ərəfəsində effektiv rəqəmsal kommunikasiya strategiyasını inkişaf etdirməkdir. Seminar çərçivəsində Almir Banjavic tərəfindən BOK-un Süni İntellekt (AI) çərçivəsi və praktiki AI iş axınları təqdim olunacaq, həmçinin kiçikmiqyaslı praktiki tapşırıqlar icra ediləcək. İki gün davam edən zəngin proqrama MOK-ların keys araşdırmaları, PhotoShelter və SI (keçmiş Sportz Interactive) tərəfdaşlarının təqdimatları, panel müzakirələri, qrup sessiyaları və təqdimatlar ediləcək. İştirakçılar BOK-un Olimpiya Kanalı (Olympic Channel) daxil olmaqla çoxnövlü idman tədbirləri üçün birgə rəqəmsal kommunikasiya ekosisteminin qurulmasını müzakirə edib, eyni zamanda interaktiv qrup idman fəaliyyətləri və şəbəkələşmə imkanlarından yararlanacaqlar.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən ... Ətraflı
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.
Azərbaycan ... Ətraflı