İtaliyalı tennisçi 38 ildən sonra rekordu təkrarlayıb
18 noyabr 2024 682
İtaliyalı tennisçi Yannik Sinner 38 ildən sonra rekordu təkrarlayıb.
23 yaşlı idmançı buna "2024 ATP Finals"ın həlledici oyununda ABŞ-dən olan Teylor Fritsə qalib gəlməklə nail olub.
Dünyanın bir nömrəli raketka ustası 1986-cı ildən sonra heç bir setdə uduzmadan bu turniri qazanan ilk tennisçidir.
Qeyd edək ki, 1986-cı ildə İvan Lendl eyni uğura imza atıb. Sinner yarışın finalında Fritsi 2:0 (6:4, 6:4) hesabı ilə üstələyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı