Jurnalistlər "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə tanış olublar
18 iyul 2025 - 12:06 513
Sentyabrda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə yaxından tanışlıq məqsədilə jurnalistlər üçün media tur təşkil olunub.
Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılmaqda olan paddokdan başlayaraq təşkil olunan tur zamanı aparılan tikinti işləri ilə yaxından tanışlıq imkanı yaradılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə trekin hazırkı vəziyyəti, paddok sahəsində görülən işlər, tribunaların quraşdırılması və ümumilikdə yarışa hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı