Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının final mərhələsi keçirilib
30 avqust 2025 - 21:59 347
Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının final mərhələsi keçirilib.
Yarışlarda müxtəlif yaş kateqoriyalarında qaliblər müəyyənləşib, mükafatlandırma mərasimində medallar təqdim olunub.
Fərqlənən yeniyetmələrdən qızlar arasında Sona Rüstəmli qızıl, Leyla Məmmədli gümüş, Banu Əhədzadə bürünc medala sahib olub. Oğlanlardan isə Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Cəmil Novruzov bürünc medalla təltif ediliblər. Qaliblərə medalları Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev ilə gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Gənclər arasında keçirilən mübarizədə qızlardan Sümeyyə Bədəlli qızıl, Yağmur Qurbanlı gümüş, Zəhra Çarçılı bürünc medal qazanıblar. Oğlanlar arasında isə qızıl medala Sərdar Vəliyev, gümüşə Nurlan Rəhimli, bürüncə Muhamməd Balakişiyev layiq görülüb. Onları Federasiyanın vitse-prezidenti Rauf Əliyev və İdarə Heyətinin üzvü Sümbül Turabova mükafatlandırıb.
Böyüklər arasında yarışın qalibləri də maraqla qarşılanıb. Kişi yarışçılardan qızıl medalın sahibi Roman Venqerov, gümüşün sahibi Məhəmmədəli Əliyev, bürüncün sahibi Anar Cavadzadə olub. Qadınlar arasında isə qızıl Yaylagül Ramazanovaya, gümüş Svetlana Simonovaya, bürünc medal Fatimə Hüseynliyə təqdim olunub. Mükafatları qaliblərə qurumun prezidenti Anar Quliyev ilə gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
