Kanada yığması Olimpiya kəndini tərk etdi
12 fevral 2026 - 12:04 648
Kanadanın buz hokkeyi üzrə milli komandası Qış Olimpiya Oyunları çərçivəsində yerləşmə ilə bağlı diqqətçəkən qərar qəbul edib.
Yığma komanda Olimpiya kəndində qalmaqdan imtina edərək beşulduzlu hotelə köçüb.
Komanda bu addımı Oyunlara optimal hazırlıq şəraiti ilə əlaqələndirib. Bildirilib ki, seçim heç bir komandaya və ya təşkilatçılara qarşı hörmətsizlik kimi dəyərləndirilməməlidir. Əsas məqsəd yüksək nəticə əldə etmək və bu yolda idmançılar üçün maksimal komfort təmin etməkdir.
Qeyd edək ki, Kanada komandası hazırda 1 gümüş, 2 bürünc mükafatla XXV Qış Olimpiya Oyunlarının medal sıralamasında 13-cü sırada qərarlaşıb.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı