Keişa Fatimə Zəhra: “özümlə fəxr edirəm, çünki olimpiyadada oynadım.”
29 iyul 2024 806
"Yaxşı oynamadım, lakin pis də çıxış etmədim. Səhv buraxdım, amma özümlə fəxr edirəm, çünki olimpiadada mübarizə apardım".
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra müsahibəsində bildirib.
Qrupdakı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzan (0:2) idmançı Azərbaycan Badminton Federasiyasına, məşqçisinə və ailəsinə təşəkkür edib: "Çünki qalib və ya məğlub olmağıma baxmayaraq onlar məni həmişə dəstəkləyiblər".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı