Kişi voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı
15 may 2024 1233
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.
Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.
Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblərimiz ev sahibi komanda və Lüksemburq olacaq.
Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı