Xəbərlər

Kişilər arasında “ACF turu”nun üçüncü turniri start götürüb

11 avqust 2023 305

Azərbaycan Cüdo Federasiyasının kişi cüdoçular arasında rəqabət səviyyəsinin artırılması, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılması üçün təşkil etdiyi “ACF turu” adlı yarışların üçüncü turniri start götürüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 19 klub, cəmiyyət və idman təşkilatından olan 48 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Turnirdə (-60 kq), (-66 kq), (- 73 kq), (-81 kq), (-90 kq), (-100 kq) və (+100 kq) çəki dərəcələrində qaliblər bəlli olacaq.